İspaniya polisinin mətbuat xidməti bildirib ki, Madriddə ölkənin ən təhlükəli və zorakı gənclər dəstələrindən biri məhv edilib.
Editor.az bu barədə xarici mediaya istinadla yazır.
Sözügedən dəstə Dominikan Respublikasının “Don’t Play” (DDP) qrupunun bir hissəsi olan “4 Chorros”dur. Quldurlar paytaxtın Karabançel rayonunda yerləşir və Madridin muxtar icmasında fəaliyyət göstərirdilər.
Bildirilib ki, polis 11 nəfəri saxlayıb. Onlara hücum, qanunsuz odlu silah və kəsici-deşici silah saxlamaq, cinayət təşkilatına üzv olmaq ittihamları irəli sürülüb. Polisin “4 chorros”a qarşı əməliyyatı yanvar ayında quldurların küçədə bir nəfərə atəş açması, sonra onun başına və qollarına pala ilə bir neçə zərbə vurması ilə başlayıb.
//Gülnarə Abasova, Editor.az