AZ

Cari ilin birinci yarısı üzrə bank sektorunun fəaliyyət göstəriciləri müzakirə olunub

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində cari ilin birinci yarısı üzrə bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub.

Görüşdə, həmçinin qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Seçilən
9
8
azertag.az

10Mənbələr