AZ

Azərbaycan İbrahim Sazişlərinə qoşula bilər

Azərbaycan İsraillə geniş əməkdaşlığını nəzərə alaraq İbrahim Sazişlərinə qoşula bilər.

"Unikal" xəbər verir ki, bu barədə İbrahim razılaşmalarının genişləndirilməsi ilə bağlı diplomatik müzakirələr zamanı siyasi mənbə İsrailin 7-ci kanalına bildirib. 

Mənbənin sözlərinə görə, buna nail olmağın yolu digər məsələlərlə yanaşı, ABŞ və Azərbaycan arasında yaxınlaşma sxemindən keçir.

Bu həftə ABŞ-də Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı respublikaçı senator Stiv Daines Azərbaycan prezidenti İlham Əliyevlə görüşü və Azərbaycan ilə İsrail arasında diplomatik və enerji əlaqələri barədə danışıb. Müzakirələr zamanı Daines Azərbaycanın SOCAR ilə İsrail arasında qaz sazişini xatırladıb və bunun enerji təhlükəsizliyini artıracağını qeyd edib. Daines əlavə edib ki, Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə də görüşüb və Bakı ilə Təl-Əviv arasında əməkdaşlığın tarixi dərinliyindən heyran qalıb.

ABŞ-nin İsraildəki keçmiş səfiri Daniel Şapiro həmin dinləmə zamanı Azərbaycanın nə üçün İbrahim Sazişlərinə qoşulmaq potensialına malik olduğunu izah edib: "Bəzən insanlar soruşurlar: biz İbrahim Sazişlərini necə genişləndirə bilərik? Bəlkə Azərbaycan? Azərbaycanın İsraillə uzun illər diplomatik əlaqələri var və İbrahim Sazişlərinin imzalanmasından xeyli əvvəl bu əlaqələri olan aparıcı müsəlman ölkələrindən biridir. Onlara qoşulmağın strateji əhəmiyyəti həqiqətən danılmazdır".

Eyni zamanda mənbə iddia edir ki, ABŞ və Azərbaycan liderləri arasında yaxınlaşma var.

Ağarza Elçinoğlu

Seçilən
7
2
unikal.az

3Mənbələr