AZ

Bu bina söküləcək: Sakinlərə kompensasiya veriləcək, amma..

  Referans xəbıər verir ki,Bakının Səbail rayonunda söküntüsü planlaşdırılan qəzalı vəziyyətdə olan binanın sakinləri mənzilləri üçün təklif edilən

kompensasiyadan narazı olduqlarını bildirirlər.


Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən binanın sakinləri deyir ki, binanın sökülməsi qərarı 2022-ci ildən alınıb. Lakin

verilən kompensasiya onları qane etmir. Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma da müraciət ediblər.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər”ə bildirilib ki, qeyd edilən ünvanda yaşayan

sakinlərin çoxsaylı müraciətlərinə əsasən binanın qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Komitə tərəfindən qəzalı binalardan

sakinlərin köçürülməsi istiqamətində tədbirlərə başlanılıb, inventarizasiya işləri həyata keçirilib. Qanuna uyğun olaraq satınalma

proseduru keçirilib və qiymətləndirici şirkətlər tərəfindən mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanıb və

sakinlərə təqdim edilib. Sözügedən binanın sakinləri təqdim olunan qiymət təklifi ilə razılaşdıqları təqdirdə, onların köçürülməsi

prosesi qısa müddət ərzində təmin ediləcək

Seçilən
16
9
referans.az

10Mənbələr