AZ

Gümüşhanə Universitetində keçirilən şahmat turniri qalibləri müəyyənləşib - FOTOLAR

26–27 iyul tarixlərində Gümüşhanə Universitetinin Sosial Tesislərində 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə şahmat turniri təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, üç kateqoriya üzrə keçirilən yarışda ümumilikdə 47 şahmatçı iştirak edib. Gərgin və maraqlı qarşılaşmaların ardından qaliblər müəyyənləşib və mükafatlandırma mərasimində yer tutan iştirakçılara medallar təqdim olunub.

Turnirdə iştirak edən şahmatçılar belə əlamətdar və mənalı bir gündə bir araya gəlməkdən məmnun olduqlarını ifadə ediblər.

Seçilən
5
90deqiqe.az

1Mənbələr