Joao Feliks karyerasını "Benfika"da davam etdirməyə yaxın idi.

Offsideplus.az xəbər verir ki, lakin son anda Kriştiano Ronaldodan gələn zəng hər şeyi dəyişib. Bu da onun fikrini dəyişib və "Əl-Nəsr"ə qoşulmağa qərar verib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

J. Feliks Ronaldunu özünə kumir kimi görür. Onlar Portuqaliya yığmasında birlikdə çıxış edirlər.

O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq və "Əl-Nəsr" futbolçusu olacaq.