AZ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib  

“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib. Qeyd olunub ki, bəzi yol-nəqliyyat hadisələrinin başverməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

“Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır. Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!”, - deyə qeyd olunub.

 

Seçilən
5
49
azerbaijan-news.az

10Mənbələr