Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaranmış hüquqi mübahisəni bitirmək üçün 500 milyon dollara qədər ödəniş etməyə razıdır. Bu barədə dörd mənbə The New York Times qəzetinə bildirib.
Razılaşma, universitetə qarşı irəli sürülən antisemitizm və inklüzivliklə bağlı vətəndaş hüquqlarının pozulması ittihamları ilə əlaqəlidir.
Mənbələrin sözlərinə görə, Harvard birbaşa federal hökumətə ödəniş etmək istəmir və maliyyə şərtləri hələ də müzakirə olunur.
Ötən həftə Kolumbiya Universiteti də administrasiya ilə oxşar razılaşmaya gedərək 200 milyon dollar ödəməyə razılaşıb.
Mənbələr bildirir ki, Tramp Harvarddan daha böyük məbləğ tələb edib və razılaşmanın yalnız bu halda mümkün olacağını bildirib.
Harvard, razılaşma şərtlərinə nəzarət edəcək xarici müşahidəçinin cəlb olunmasına skeptik yanaşır və bunu “qırmızı xətt” kimi qiymətləndirir.
Universitet NYT-nin məlumatlarına münasibət bildirməyib. Ağ Ev isə yekunda Harvardın “prezidentin vizyonunu qəbul edəcəyinə” inandığını açıqlayıb.
N.Təbrizli