AZ

Rusiya Ukraynada cəzaçəkmə müəssisəsinə zərbə endirib

Kiyev, 29 iyul, AZƏRTAC

İyulun 29-na keçən gecə Ukraynanın Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsi Rusiya tərəfindən atəşə tutulub. Hücum nəticəsində ölənlər və onlarla yaralı var.

AZƏRTAC-ın müxbiri bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının (RSA) rəhbəri İvan Fyodorovun “Telegram” kanalına istinadla xəbər verir.

Onun sözlərinə görə, bu gecə Zaporojye bölgəsi əvvəlcə 8 FAB tərəfindən atəşə tutulub. Zərbələrdən biri cəzaçəkmə müəssisəsinə dəyib, burada 16 nəfər həlak olub, 35 nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir.

RSA rəhbəri qeyd edib ki, bu hücum nəticəsində binalar dağıdılıb, fərdi evlərə ziyan dəyib.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak artıq hücumu şərh edib və bunun Rusiyanın növbəti hərbi cinayəti olduğunu qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
3
4
azertag.az

5Mənbələr