“Bu ilin ilk altı ayında Çindən İrtış çayı ilə Qazaxıstana 4,6 milyard kubmetr, İli çayı ilə isə 5,6 milyard kubmetr su daxil olub”.
Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstan Su Ehtiyyatları və İrriqasiya Nazirliyinin məlumatda deyilir. Qeyd olunub ki, İlə çayının gətirdiyi bol su Almatı rayonundakı Qapçaqay su anbarını artıq ikinci ildir ki, 100 faiz dolmasına imkan verib. Bu da öz növbəsində Balxaş gölünə 8,52 milyard kubmetr suyun göndərilməsinə imkan verib. Nəticədə, 2025-ci ilin əvvəlindən Balxaş gölünün səviyyəsi orta hesabla 32 sm qalxaraq, Baltik sisteminə əsasən 341,55 metrdən 341,87 metrə yüksəlib.
“Çinlə əməkdaşlıq təkcə transsərhəd çayları əhatə etmir. Bu ilin martında Qazaxıstan və Çinin su idarələri ilk dəfə olaraq Anlaşma və Əməkdaşlıq Memorandumu imzalayıblar” deyən Su Ehtiyyatları və İrriqasiya Nazirliyinin Çin və Rusiya ilə su əməkdaşlığı şöbəsinin müdiri Naqima Acıqulova bildirib ki, sənəd sudan səmərəli və dayanıqlı istifadə, müasir texnologiyaların tətbiqi, alternativ su mənbələrinin paylanması və inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsini, o cümlədən təcrübə mübadiləsini və kadrların birgə hazırlanmasını nəzərdə tutur.