ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vətəndaş AZAL-ın (Azərbaycan Hava Yolları) passiv münasibətindən narazılıq edir. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Pərvin Oğuz 5 avqust tarixli aviabiletlə bağlı yaşadığı problemi ictimailəşdirib. Onun sözlərinə görə, birinci dərəcəli qohumunun vəfatı ilə əlaqədar bileti dəyişmək məcburiyyətində qalıb və qanunla tələb olunan sənədləri – ölüm haqqında şəhadətnamə və qohumluq haqqında sənədi aidiyyəti quruma təqdim edib.
Lakin Pərvin Oğuz bildirir ki, AZAL nə telefon zənglərinə, nə də elektron məktublara konkret cavab verir:“Operatorlar sadəcə yola verirlər, mail yazıram, heç kim açıqlama vermir, WhatsApp nömrəsinə yazıram – guya araşdırma aparılır. Elə bil cinayət işi araşdırılır.”
Şikayətçi həmçinin AZAL-ın xidmət keyfiyyətindən və biletlərin yüksək qiymətindən də narazılığını ifadə edib:“Onsuz da biletlər çox bahadır və ödənişin qarşılığını almırıq. Bəzən sadəcə məcbur qalıb sizinlə uçuruq.”
Qeyd edək ki, vətəndaşların bənzər hallarda bileti ləğv və ya dəyişmək hüququ qanunvericilikdə nəzərdə tutulur.
AZAL tərəfindən hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.