Rusiya ordusunun Zaporojya vilayətindəki cəzaçəkmə müəssisəsinə endirdiyi hava zərbəsi nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov, hücumun gecə saatlarında FAB tipli bombalarla həyata keçirildiyini bildirib və müəssisənin binasının tamamilə dağıldığını açıqlayıb.
Eyni zamanda, Dnepropetrovsk vilayətində Kamyanske şəhərinə edilən digər hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb.