AZ

Pekində sel ölümlərə səbəb oldu

Hurriyyet.az xəbər verir ki, Çinin paytaxtı Pekin şəhərində şiddətli yağışlardan sonra meydana gələn sel suları 30 nəfərin ölümünə səbəb olub.

Bu barədə "Röyter" agentliyi "Sinhua" agentliyinə istinadla məlumat verib.

Yağıntının miqdarı illik normadan ikiqat, bəzi rayonlarda isə üçqat artıq olub. Baodin şəhərinə bir gecədə illik yağıntı norması yağıb. Nəticədə 46 min vətəndaş zərər çəkib, 4,6 min nəfər təxliyə edilib.

Çinin paytaxtında ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib. Pekinin 3 min nəfərdən artıq sakini təxliyə edilib.

Hürr Tərcüman

 

Seçilən
3
2
hurriyyet.az

3Mənbələr