AZ

Qarpızın qiyməti niyə bahalaşır? — AÇIQLAMA

Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq. Bu barədə yerli mediaya Masallı rayon sakini, fermer Anar Abbasov deyib ki, yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. 

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında bildirib ki, adətən, qarpız bazarda üzüm mövsümünə qədər yaxşı satılır:

“Üzüm çıxanda isə qarpızın alıcılığı və qiyməti avtomatik olaraq düşür. Hazırda da bir neçə həftəyə üzümün kütləvi satışı başlayacaq, bu da qarpızın bazarını zəiflədir. 

Fermerin narazılığı, əslində, daha geniş problemin göstəricisidir: qarpız istədiyi qiymətə satılmır, məhsul ucuz gedir, nəticədə fermer ziyana düşür. Ziyan gördüyü yerdə də növbəti il əkməkdən imtina edir. Bu da daxili istehsalın azalmasına və idxaldan asılılığın artmasına səbəb olur”. 

Ekspert deyib ki, daxili bazar xaricdən gətirilən ucuz məhsullarla vurulur:

“İrandan və digər ölkələrdən gələn məhsullar maya dəyərinə görə bizim məhsullarla rəqabət apara bilir, amma bizim fermerlər yüksək maya dəyərinə görə ziyan çəkir. Dövlətin bu sahəyə ciddi nəzarət etməməsi problemi daha da ağırlaşdırır. 

Əslində, məhsul maya dəyərindən aşağı qiymətə satılmamalıdır. Qarpızın real qiyməti elə olmalıdır ki, fermer də qazansın. Qısası, qarpızın qiymətinin ciddi artımı gözlənilmir, çünki həm bazar təzyiqləri, həm də üzüm mövsümünün yaxınlaşması qiyməti aşağı salacaq”.
 

Leyla Turan
Demokrat.az
Seçilən
0
1
demokrat.az

2Mənbələr