AZ

Putinin Ukrayna ilə bağlı iki hədəfi: Onlara çatmadan müharibəni dayandırmayacaq

BAKI, 29 iyul. TELEQRAF

Ukrayna döyüş meydanında qələbə qazanmaqla onu məcbur etməyənə qədər Rusiya lideri Vladimir Putin hərbi məqsədlərindən güzəştə getməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Analitiklər deyirlər ki, Kreml Ukraynaya qarşı müharibə və Rusiyanın NATO-ya gələcək təcavüzünə ictimai dəstək toplamaq üçün qəsdən Qərblə qarşıdurma ideyasını aşılamaqda davam edir.

İnstitut bildirir ki, Rusiya hökuməti müharibəyə daxili dəstəyin yaradılmasına xeyli vəsait xərcləyib və bu, uğurlu olub. Çünki Rusiya dövlətinin apardığı və müstəqil sorğular göstərir ki, rusların əksəriyyəti Kremlin elan etdiyi müharibə məqsədlərinə – “denazifikasiya” və Ukraynanın demilitarizasiyasına nail olunana qədər müharibənin davam etdirilməsini dəstəkləyir.

ISW-yə görə, bu kimi hallar Putinin bəyan etdiyi məqsədləri özündə əks etdirməyən istənilən sülh sazişini daxili auditoriyaya qələbə kimi təqdim etməyi xeyli çətinləşdirir.

“Putin, çətin ki, Ukraynanın döyüş meydanında ciddi qələbələri ilə buna məcbur olmazsa, hərbi məqsədlərindən güzəştə getsin. Çünki Putinin məqsədlərinə daxil olmayan müharibənin danışıqlar yolu ilə başa çatması Rusiyanın Ukraynadakı hərbi kampaniyasının müdrikliyini şübhə altına alacaq”, - ISW vurğulayır.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr