Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Tottenhem”in yarımmüdafiəçisi İv Bissumanın transferini gündəminə alıb.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu Avropa klubları arasında da maraq doğurur, lakin görünür, yaxın günlərdə Səudiyyə Ərəbistanından rəsmi təklif ala bilər.
“Əl-Əhli” rəhbərliyi hazırda malili futbolçunun mümkün transferi ilə bağlı müzakirələr aparır.
Transfermarkt portalı oyunçunun bazar dəyərini 25 milyon avro olaraq göstərir. “Tottenhem” Bissumanı 2022-ci ilin yayında “Brayton”dan təxminən 30 milyon avroya transfer etmişdi.
London təmsilçisinin heyətində Bissuma bütün turnirlər daxil olmaqla 100 oyunda iştirak edib, 2 qol vurub.