
“Neferpitou” təxəllüsündən istifadə edən haker Fransanın hərbi gəmilər istehsal edən “Naval Group” müdafiə şirkətinin daxili məlumatlarına giriş əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb.
Haker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb.
Nəşr edilən məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları daxildir.
Kibercinayətkarlıq üzrə ekspert Kleman Domiqo məlumatların onlayn yayımlandığını təsdiqləyib.
“Two Majors” teleqram kanalı yazıb ki, Fransada nüvə silahı yalnız təyyarələrdə və sualtı qayıqlarda yerləşdirilir.
Belə silahların daşıyıcısı kimi gəmilərdən də istifadə oluna bilər.