AZ

"Çelsi" Donnarumma üçün mübarizəyə qoşulmayacaq

“Çelsi” klubu PSJ-nin qapıçısı Canluici Donnarummanın transferi üçün yarışa qoşulmaq niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, PSJ-nin “Lill” klubundan Lyuk Şevalyenin transferinə yaxın olduğu bildirilir. Bu vəziyyət Donnarummanın yaxın zamanda komandadan ayrılacağı ilə bağlı iddiaları daha da gücləndirib.

İtaliyalı qolkiperə bir sıra Avropa nəhənglərinin maraq göstərdiyi, o cümlədən “Çelsi”nin də adının hallandığı qeyd olunurdu. Lakin son məlumata əsasən, London təmsilçisi hazırda Donnarummanı transfer planına daxil etmir.

Donnarummanın PSJ ilə olan mövcud müqaviləsi gələn ilin ortalarında başa çatır. Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb.

Seçilən
0
90deqiqe.az

1Mənbələr