"Vasitəçi tərəflər: Qətər, ABŞ və Misir bu məsələdə müəyyən irəliləyiş qazanıb. Eyni zamanda, əsirlərin azadlığa buraxılmalarına, Qəzza zolağına humanitar yardım axınının artırılmasına da nail olmuşuq",– Al Sani deyib.
Baş nazir vurğulayıb ki, münaqişənin həlli üzrə çoxsaylı maneələrə baxmayaraq, Qətər öz öhdəliklərinə sadiqdir.
"Qəzzada davamlı atəşkəsə çatmaq və orada yenidənqurma işlərinə başlamaq naminə daimi qəti addımlar atmaqdan çəkinməyəcəyik",– o bildirib.
![]() |
The Telegraph:"Starmer Fələstini tanıyacaq" |
Digər tərəfdən, "The Telegraph" qəzetinin məlumatına əsasən, Britaniyanın Baş naziri Kir Starmer Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işləyir.
"O, Qəzza zolağında atəşkəsi daimi sülhə çevirmək naminə ABŞ-ni və digər müttəfiqləri addımlar atmağa çağıracaq. Kir Starmerin planında həmçinin Qəzzaya böyük humanitar yardımın çatdırılmasının da nəzərdə tutulur",– qəzet yazır.
Firudin Həmidli
AzVision.az