"Real Madrid"in baş məşqçisi Xabi Alonso Rodriqonun satılmağı fikrinə mənfi yanaşmır. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis onun gedişinə hazırdır. Braziliyalı futbolçunun gələcəyi isə qeyri-müəyyəndir.

Onun adı indiyə qədər mediada bir neçə klubla hallanıb.

"Arsenal" onu transfer edə bilmək üçün kimisə satmalıdır. PSJ onu istəmir. "Liverpul" hazırda onunla ciddi şəkildə maraqlanmır. "Tottenhem"ə isə transfer olmağı düşünmür.

Bu barədə "kral klubu"na yaxın jurnalist Mario Kartaqena məlumat yayıb.

Rodriqo 2019-cu ildən "Real Madrid"də çıxış edir. O, burada 270 oyunda 68 qol vurmağı bacarıb.