AZ

Crocus terror aktı ilə bağlı etiraf: Öz qardaşını ifşa etdi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall" konsert salonuna edilən hücumla bağlı yeni təfərrüat üzə çıxıb. Belə ki, terrorçulardan Muhammadsobir Fayzov öz qardaşını ələ verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" cinayət işinin materiallarına əsaslanaraq məlumat verir.

Onun ifadəsindən məlum olur ki, Türkiyədə yaşayan və İŞİD üzvü olan böyük qardaşı da cinayətdə iştirakçıdır. Digər terrorçular Moskvaya gəlməzdən əvvəl məhz onun yanında olublar.

Qeyd edək ki, bundan əvvəl mediada İŞİD terror qruplaşmasının üzvlərinin, o cümlədən "Crocus City Hall"a hücum edənlərin Türkiyədə təlim keçdikləri və burda odlu silahdan istifadə bacarıqlarına yiyələndikləri barədə xəbər yayılmışdı.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov, Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
4
oxu.az

5Mənbələr