BAKI, 29 iyul. TELEQRAF
Moskva - İrəvan və İrəvan - Moskva istiqamətində bir neçə aviareys ləğv olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, ləğv olunan reyslərin hamısı Rusiyanın "Aeroflot" aviaşirkəti tərəfindən həyata keçirilməli idi.
Qeyd edək ki, iyulun 28-də səhər "Aeroflot"un məlumat sistemində nasazlıq baş verdiyi üçün onlarla reys ləğv olunub.