AZ

Serbiyalı yarımmüdafiəçi “Sumqayıt”ın transfer HƏDƏFİNDƏ

“Sumqayıt” klubunun danışıq apardığı daha bir futbolçunun adı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, rəhbərlik hazırda serbiyalı yarımmüdafiəçi ilə danışıq aparır.

Futbolçu ilə ilkin razılıq əldə olunub. Yaxın günlərdə onun ölkəmizə gələrək “Sumqayıt”la rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Nikola Ninkoviçin son klubu Serbiyanın “Tekstilats” komandası olub. O, Serbiyanın “Partizan”, həmçinin İtaliya, Bosniya və Gürcüstan klublarında da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr