AZ

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması üçün şərt qoydu

BAKI, 29 iyul. TELEQRAF

“Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilər, ancaq Fələstin dövlətinin yaradılmasından sonra”.

Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan deyib.

Diplomat bildirib ki, bu mövqe dəyişməz olaraq qalır:

“Yalnız Fələstin dövlətinin yaradılması və Fələstin xalqının qanuni hüquqlarının tanınması ilə davamlı sülh və həqiqi regional inteqrasiyaya nail ola bilərik”.

Bin Fərhan Qəzza zolağındakı duruma da diqqət çəkib: “Qəzzada hər gün insanlar ölür, əzab çəkir və dağıntılar baş verirsə, normallaşmadan danışmaq mənasızdır”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman da müstəqil Fələstin dövlətinin yaradılmasının münasibətlərin normallaşdırılması üçün istənilən razılaşmanın əsası olması şərtini dəfələrlə təkrarlayıb.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr