Bakı, TurkicWorld
Çində yağan güclü leysan yağışları nəticəsində baş verən daşqınlar və təbii fəlakətlər azı 30 nəfərin ölümünə səbəb olub.
TurkicWorld xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına yayıb.
Təbii fəlakət xüsusilə paytaxt Pekinə mənfi təsir göstərib. Yağışlar nəticəsində magistral yollara ciddi ziyan dəyib, bəzi yaşayış məntəqələrində elektrik enerjisi təchizatı kəsilib. Hazırda bölgədə sel və daşqınlarla mübarizə tədbirləri görülür.
Rəsmi məlumata əsasən, Pekinin Miyun rayonunda 28, Yançinq rayonunda isə 2 nəfər olmaqla ümumilikdə 30 nəfər həlak olub.
Qeyd olunur ki, təbii fəlakət zonasından indiyədək 80 332 nəfər təxliyə edilib.
Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir. Hadisə bölgələrinə xilasetmə qrupları və təcili yardım ləvazimatları göndərilib.
Pekin şəhər rəhbərliyi və fövqəladə hallar orqanları daşqınlara qarşı mübarizə işlərini gücləndirib, riskli ərazilərdə monitorinq və qabaqlayıcı tədbirlər davam etdirilir.