AZ

İstanbul Bələdiyyəsində yeni əməliyyat 20 nəfər saxlanıldı

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, istintaq çərçivəsində İBB-nin İSFALT və İETT-dən aldığı tenderləri saxtalaşdırmaqda ittiham olunan 25 şübhəli şəxs müəyyənləşdirilib.

Aralarında İETT baş direktoru İrfan Demetin də olduğu 25 şübhəli haqqında həbs qətimkan tədbiri seçilib.

Sözügedən tender komissiyalarına üzv olan şübhəlilərin saxlanılması üçün əməliyyat İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresunda həyata keçirilib.

Bu əməliyyatlar zamanı 20 şübhəli saxlanılıb.

Digər 5 şübhəlinin saxlanılması istiqamətində işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr