Türkiyə müdafiə sənayesinin innovativ və dinamik gücü “Katmerciler” şirkəti quru vasitələrini IDEF-2025 sərgisində nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, sərgidə “Katmercilər” stendində HIZIR 4×4 zirehli maşını və UKAP yerüstü robotu ziyarətçilərə təqdim olunub.
İstehsalçının bildirdiyinə görə, 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdimatı keçirilən 4×4 ballistik və minaya qarşı qorumalı taktiki təkərli zirehli nəqliyyat vasitəsi HIZIR, öz seqmentində ən güclü döyüş platforması kimi tanınır və diqqət çəkir. Üstün xüsusiyyətləri ilə beynəlxalq aləmdə də bəyənilən bu zirehli nəqliyyat vasitəsi yalnız Türkiyə Ordusunun silahlanmasına daxil olmaqla kifayətlənməyib, eyni zamanda ixrac dəyəri halına gələrək dost ölkələrin inventarlarına da girməyə başlayıb.
“Katmerciler” digər vasitələrində olduğu kimi tamamilə yerli mühəndisliyin məhsulu olan HIZIR, NATO standartlarına uyğun şəkildə inkişaf etdirilib. Güclü zirehi və V formalı monokok gövdəsi ilə mina və ƏPQ-lərə (əldəqayırma partlayıcı qurğu) qarşı yüksək qoruma təmin edir. Enerjini udan xüsusiyyətə malik mina keçirməyən oturacaqlar heyətin təhlükəsizliyini artırır.
400 at gücünə malik mühərriklə təchiz olunan HIZIR, kənd və şəhər mühitindəki intensiv döyüş şəraitində yüksək performans sərgiləmək üçün hazırlanıb. Uzaqdan idarə edilə bilən stabilizə olunmuş silah sistemi sayəsində hərəkət halında və hərəkətli hədəflərə atəş aça bilir. O, 9 nəfərlik heyəti daşıma qabiliyyətinə və 120 km/saat sürətə malikdir.
Türkiyədəki insansız quru vasitəsi konsepsiyasının ilk nümunəsi olan və ölkənin ilk insansız mini tankı kimi də adlandırılan UKAP (“Uzaktan Kumandalı Atış Platformu”) yerüstü robotu “Katmerciler”in bu seqmentdə hazırladığı ilk məhsuldur. UKAP, bir idarəetmə dəsti vasitəsilə bütün funksiyaları uzaqdan idarə oluna, müxtəlif ehtiyaclara görə asanlıqla konfiqurasiya edilə bilən paletli platformadır.
Üzərində ASELSAN-ın SARP qülləsi və peyk rabitə sistemi yerləşdirilmiş orta səviyyəli 2-ci dərəcəli insansız quru vasitəsi (O-İKA 2) UKAP, “Katmerciler”–ASELSAN əməkdaşlığı çərçivəsində Türkiyə müdafiə sənayesində yerini almağa hazırlaşır. PUA-larda olduğu kimi dünyada az sayda ölkənin malik olduğu bu imkan, Türkiyənin ixrac potensialını daha da yüksəldə bilər.
Uzaqdan idarə olunan stabilzə silah sistemi ilə hərəkət halında və hərəkətli hədəflərə atəş aça bilən yerüstü robotda, avtomatik hədəf izləmə sistemi mövcuddur. Gecə-gündüz müşahidə imkanı, ballistik hesablamalar, məsafə ölçmə, kompüter əsaslı atəşi idarəetmə funksiyaları, sursatın bitməsi xəbərdarlığı, ehtiyac olduqda əl ilə idarəetmə imkanı kimi xüsusiyyətlər UKAP-ı daha effektiv və təsirli edir.
Ona, SARP qülləsi ilə koordinasiyalı şəkildə işləyəcək elektro-optik sistemlər, radar, rabitə sistemləri və digər texnologiyalar da vasitəyə inteqrasiya oluna bilər. Peyk idarəetmə sistemi ilə 5 km-ə qədər məsafədən idarə etmək mümkündür. Robotun həm elektrikli, həm də hibrid modelləri mövcuddur. Üstün əməliyyat imkanlarına malik UKAP, bir tona qədər faydalı yük daşıma qabiliyyətinə malikdir.
UKAP, eyni zamanda çoxsaylı funksiyalara malik vasitələrin inkişaf etdirilə biləcəyi bir platforma olaraq çıxış edir. Üzərinə yerləşdiriləcək termal və hərəkət sensorları, habelə kameralarla kəşfiyyat-müşahidə vasitəsinə çevrilə bilər. Bundan əlavə, o, minatəmizləmə sahəsində də funksionaldır. Platforma üzərində gülləkeçirməz bölmə qurularaq döyüş bölgələrindən yaralıların təxliyəsi üçün istifadə edilə bilər. Hərbi sursat və avadanlıqları daşıya, zərurət olduqda ağır vasitələri çəkə bilər.
“Katmerciler” İdarə Heyətinin sədr müavini Furkan Katmerci, IDEF-2025 sərgisinin yeni bir əməkdaşlığa ev sahibliyi etdiyini bildirib. “Katmerciler” və Malayziyanın DEFTECH şirkəti arasında “EREN-4×4 Yüksək Hərəkət Qabiliyyətli Yüngül Taktiki Vasitələr” üçün əməkdaşlıq sazişi imzalanıb.
Sürətli, güclü, dinamik, yüksək manevr qabiliyyətinə malik, erqonomik və çox yönlü texniki qulluq rahatlığı olan EREN, “Katmerciler” tərəfindən hazırlanmış yüksək ballistik və mina qoruması təmin edən zirehli monokok gövdəyə malikdir. EREN, müxtəlif iqlim şəraitində, xüsusilə dar məkanlarda və şəhər mühitlərində daxili təhlükəsizlik qüvvələrinin bütün tələblərini qarşılayacaq şəkildə dizayn edilib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */