“Neferpitou” ləqəbli haker Fransanın hərbi gəmiqayırma şirkəti olan “Naval Group”un serverlərini sındıraraq 13 GB-lıq məxfi məlumatları internetdə yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “France3” telekanalı yayıb.
Sızan sənədlər arasında Fransanın nüvə tədqiqatlarına dair materiallar da var. Bu məlumatlar artıq açıq şəkildə internetdə dövriyyəyə buraxılıb.
Sızan məlumatlara fregat və sualtı qayıqların döyüş sistemlərinin mənbə kodları, silah sistemlərinə dair proqram təminatı, şəbəkə sxemləri və simulyasiya mühitləri, istifadəçi təlimatları daxildir.
Kibercinayətkarlıq üzrə ekspert Klement Domingo məlumatların həqiqiliyini təsdiqləyib.
Bu hadisə Fransa milli təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur. Hazırda rəsmi orqanlar məlumat sızmasının miqyasını və nəticələrini araşdırırlar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta