AZ

Paşinyan Rusiya casuslarına qarşı “ova başladı” – Abramyana qarşı İLK ADDIM: Növbəti hədəf kimdir?

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyana məxsus torpaq sahəsinin müsadirə edilməsi barədə qərar çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquqi informasiya portalında yerləşdirilib.

Söhbət İrəvanın mərkəzində keçmiş Detski Mir univermağının binasının yanındakı 2860 kvadrat metrlik torpaq sahəsindən gedir. Torpaq Abramyanla əlaqəli “Soqlasie-Armenia” şirkətindən alınıb və İrəvan icmasının mülkiyyətinə verilib.

Prokurorluğun açıqlamasına görə, ərazinin özəlləşdirilməsi qanun pozuntusu ilə həyata keçirilib.

Əvvəllər xəbər verildiyi kimi, 2024-cü ilin oktyabrında keçmiş “Detski mir” ərazisində “Soqlasie-Armenia” şirkəti tərəfindən çəkilmiş kommunikasiyaların sökülməsinə başlanılıb. Məhkəmə, xüsusən də mülkiyyət hüququnun qeydiyyatının etibarsız sayılması barədə vəsatəti təmin edib. Qərar bir aydan sonra qüvvəyə minəcək.

Ara Abramyan bundan əvvəl də dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib. İyulun ortalarında o bildirib ki, Paşinyan baş nazir postundan getməli, ya da növbəti seçkilərdə iştirak etməməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr