AZ

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edildi

Bakı. Trend:

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbsedildi.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, LənkəranŞəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərəkvətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “Vaz 21074”markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayevisaxlayıb.

Bildirilir ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsininmüvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərəkbaxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ bir ilməhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbsedilib.

Bundan başqa yol polisi əməkdaşları tərəfindən təhlükəsizlikkəmərindən istifadə etmədiyi üçün saxlanılan "Vaz 2106" markalıavtomobilin sürücüsü 57 yaşlı Fizuli Kazımovun isə psixotropmaddədən istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibatiprotokol tərtib edilərək məhkəməyə göndərilib və o, 15 gün inzibatiqaydada həbs edilib.

Seçilən
6
44
az.trend.az

10Mənbələr