AZ

Mərkəzi Bankda bankirlər ilə görüş keçirilib

"Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirdik".

Marja.az xəbər verir ki, bun barədə sosial şəbəkədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov məlumat paylaşıb. 

O qeyd edib ki, görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub. 

"Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik",- Taleh Kazımov əlavə edib.

Seçilən
33
5
marja.az

10Mənbələr