AZ

Trampın əlinin makiyajlı olması təəccüb yaratdı

ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri zamanı əlləri konsilerlə örtülü olub.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Xüsusilə, Amerika lideri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyeyen və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşlər zamanı əl makiyajı ilə görüntülənib.

Fotolarda Trampın sağ əlinin konsilerlə örtülü olduğu görünür. Bununla bağlı heç bir rəsmi izahat yoxdur.

İyulun 17-də tibbi müayinədən sonra həkimlər ABŞ prezidenti Donald Trampın xroniki venoz çatışmazlığı olduğunu aşkar ediblər. Ağ Ev Amerika liderinin əllərindəki qançırları tez-tez əl sıxma və aspirin qəbulu nəticəsində yumşaq toxumaların qıcıqlanması ilə izah edib.

Seçilən
3
publika.az

1Mənbələr