Bakı. Trend:
Siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasınaatılması bariz yanğın təhlükəsi yaradır. Hazırda yay fəslinin davametdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quruhava şəraitində daha ciddi yanğınlara səbəb olur.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, AşıqMolla Cümə küçəsi 46 ünvanında baş verib.
Bildirilib ki, adı çəkilən ünvanda Dövlət Yanğın NəzarətiXidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmışibtidai araşdırma nəticəsində vətəndaş tərəfindən siqaret çəkilməsizamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanlanəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib.
Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü kartonqutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhdgöstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazinitərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib.
“Analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindəntəkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvitoplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədənmühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digərtəbiət ərazilərində yanğınların baş vermə riskini artırır.Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərininaparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ dəsəhlənkar davranışlara yol verməsinin nümunəsidir.
Bütün bunları nəzərə alaraq FHN bir daha əhalini xüsusiləhavaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyiqaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıqərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşıvəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyüətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağırnəticələrə səbəb olan yanğın hadisələrinin başlıcasəbəbləridir.
Unutmayın ki, qaydalara biganəlik - həyatımıza təhlükədir.Təhlükə zamanı “112”-yə zəng edin”, - deyə məlumatda qeydedilib.