Şəki, 29 iyul, AZƏRTAC
Şəki rayonunun Şin kəndində iki nəfər bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şin kənd sakini Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri 72 yaşlı Cəlil Məmmədova və 68 yaşlı İlyas Həsənova bıçaqla xəsarət yetirib.
Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb, onlara ilkin tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən Q. Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.