AZ

Rusiyada PUA hücumu – qatarlar dayandı

Ajans.az xəbər verir ki, Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində sərnişin qatarları kütləvi şəkildə gecikib. Bu barədə Rusiya Dəmir Yolları (RJD) rəsmi Telegram kanalında məlumat yayıb.

PUA hücumu 29 iyul gecəsi Rostov vilayətində 11 qatarın gecikməsinə səbəb olub. Hazırda aşağıdakı reyslər gecikmə ilə hərəkət edir: Novokuznetsk–Kislovodsk, Yekaterinburq–Adler, Çelyabinsk və Kazan–Novorossiysk. Adlerdən Sverdlovsk vilayətinin paytaxtına (Yekaterinburq) və Çitaya, həmçinin İmeretinski Kurort stansiyasından Ufa və Saratova, Anapadan Krasnoyarska gedən qatarlar da gecikir. RJD-nin məlumatına görə, qatarların maksimal gecikmə müddəti 5 saata qədərdir. Dörd saatdan çox gecikən uzaq məsafəli sərnişinlərə qida veriləcək.

Daha əvvəl sosial şəbəkələrdə Rostov vilayətinin Salsk şəhərində dəmiryolu stansiyasının alovlandığı görüntülər yayılmışdı. Həmçinin Novokuznetsk–Kislovodsk marşrutu üzrə hərəkət edən №59 saylı sərnişin qatarı hücuma məruz qalıb.

Seçilən
46
Ajans.az

1Mənbələr