AZ

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb (FOTO)

Ağdam. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köçkarvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Trend-in yerlimüxbirinin xəbərinə görə, bu gün ümumilikdə 60 ailə olmaqla 236nəfər öz dədə baba torpağına qayıdaraq yeni evlə təminediləcək.

Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.

Xıdırlı kəndinə bu mərhələdə ümumilikdə 60 ailə 236 nəfərköçürülür ki, onlar Bərdə rayonundan 22 ailə olmaqla 101 nəfər,Bakı şəhərindən 20 ailə 73 nəfər, Ağdam rayonundan 7 ailə 20 nəfər,Mingəçevir şəhərindən 4 ailə 14 nəfər, Yevlax rayonundan 3 ailə 5nəfər, Sumqayıt şəhərindən 1 ailə 6 nəfər, Abşeron rayonundan 1ailə 3 nəfər, Ağcabədi rayonundan 1 ailə 2 nəfər, Qəbələ rayonundan1 ailə 2 nəfər yeni ev sahibi olacaq.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlıkəndinə cəmi 130 ailə 512 nəfər köçürülüb.

Növbəti
Növbəti
Növbəti
Növbəti
Məqalədə:
Seçilən
9
4
az.trend.az

5Mənbələr