AZ

Niderland israilli nazirlərə qadağa qoyub

Niderland mətbuatının yaydığıməlumataəsasən, qadağa qərarını şəxsən xarici işlər naziri Kaspar Veldkamp verib. O bu qərarı haqqında ölkənin deputatlarına da rəsmi məktub göndərib.

"Çünki adları çəkilən şəxslər Fələstin əhalisinə qarşı zorakılığa, Qəzza zolağında etnik təmizləməyə dəfələrlə açıq çağırışlar dilə gətiriblər",– məktubda vurğulanır.

İsrailli nazirlər özlərinin "X" hesablarında Niderland hökumətinin bu qərarından təəssüfləndiklərini yazıblar.

"Bütün Avropaya girişimə qadağa qoyulsa belə, öz ölkəmin gələcəyi və HƏMAS-ın məhvi uğrunda çalışacağam. Avropa artıq elə bir yerə çevrilib ki, terrorçulara qucaq açırlar, yəhudiləri isə gözləri götürmür",– İtamar Ben-Qvirbildirib.

Betsalel Smotriç isə özcavabında"Niderlandın radikal islama təslim olduğunu" diqqətə çatdırıb.

"Niderlandda və digər Avropa ölkələrində başa düşmürlər ki, məndən ötrü Niderlanda giriş yox, övladlarımın, nəvə-nəticələrimin və dünyadakı bütün yəhudilərin İsrail Dövlətində əsrlər boyu təhlükəsizlik şəraitində yaşaya bilmələri vacibdir",– Smotriç vurğulayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
10
2
azvision.az

3Mənbələr