Rus ordusu Ukraynada cəzaçəkmə müəssisələrindən birinə raket zərbələri endirib, nəticədə xeyli sayda ölən və yaralanan var.
Ölkə.az xəbər verir ki, bu barədə Ukrayna Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
"Düşmən gecə saatlarında Zaporojye vilayətini ilkin olaraq FAB-lardan (yüksək partlayıcı qabliyyətinə malik aviasiya bombası) 8 dəfə atəşə tutub. Onlar cəzaçəkmə müəssisəsini də vurublar. 16 nəfər həlak olub, 35 nəfər yaralanıb", - Fedorov bildirib.
O əlavə edib ki, zərərçəkənlərə bütün lazımi tibbi yardımlar göstərilir.
"Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - o qeyd edib.
Prezident Aparatının rəhbəri Andrey Yermak isə bu hərəkəti rusların növbəti hərbi cinayəti adlandırıb. “Onlar dayandırılmadıqca dayanmayacaqlar", - Yermak vurğulayıb.
Mürtəza