BAKI, 29 iyul. TELEQRAF
ABŞ Quru Qoşunlarının polkovnik-leytenantı Ceffri Frits Rusiyadan Komandor adalarının alınmasını təklif edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Breaking Defense" portalında yayımlanan məqaləsində yazıb.
Onun sözlərinə görə, bu adalar alınsa ABŞ Çinin Arktikada mümkün sualtı fəaliyyətini izləyə bilər.
"ABŞ 15 milyard dollar qarşılığında bu adaları alaraq Arktikada təhlükəsizliyini gücləndirə və bölgədə liderliyini göstərə bilər".
Frits qeyd edib ki, Çin sualtı qayıqları Berinq boğazından keçərək Arktikaya daxil ola bilər və bu, ABŞ şəhərləri üçün təhlükə yarada bilər.
Onun fikrincə, Komandor adalarının alınması ABŞ-a həmin bölgədə müşahidə sistemləri yerləşdirmək imkanı verərdi.