Xəbər verdiyimiz kimi, Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Bizim.Media xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov ixtisasca cərrahdır.
O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.
2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Son dövrlərdə Qusar Rayon Mərkəzi Xəstəxanasının adı bir sıra qalmaqallarla gündəmə gəlib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta