AZ

Şəkidə 2 nəfəri bıçaqlayan şəxs TUTULDU

Dünən axşam saatlarında Şəki rayonunun Şin kəndi ərazisində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Bizim.Media xəbər verir ki, belə ki, Şin kənd sakini Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənova bıçaqla xəsarət yetirib.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ilkin tibbi yardım göstərilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
7
23
bizim.media

10Mənbələr