AZ

Kamil Hacıyev Sabunçu Tibb Mərkəzində vəzifəyə təyin olundu - ÖZƏL

Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsindən azad olunan Kamil Hacıyev Sabunçu Tibb Mərkəzi direktorunun cərrahi xidmətlər üzrə müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB sədri Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Məlumat üçün bildirək ki, Kamil Hacıyev 1989–1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Sonra Türkiyədə cərrahiyyə ixtisasını artırıb. 2011-ci ildə tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kamil Hacıyev tutduğu vəzifəsindən AZAD OLUNDU– ÖZƏL


2000–2019-cu illərdə Kliniki Tibbi Mərkəzdə həkim-cərrah kimi çalışıb. 2019–2024-cü illərdə Bakıdakı özəl tibb müəssisəsində cərrahiyyə şöbəsinin müdiri və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında assistent vəzifəsində fəaliyyət göstərib.

2024-cü il fevralın 26-da TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına baş direktor təyin edilib. 2025-ci il iyulunda vəzifəsindən azad olunub.

Xatırladaq ki, Qusar Xəstəxanasının keçmiş direktoru Kamil Hacıyev barədə mətbuatda ciddi ittihamlar yayılıb. Onun dövründə xəstəxana əmək qanunvericiliyini pozduğu üçün 20,000 manat, özü isə 3,000 manat cərimələnib. Mətbuatda yer alan məlumatlara görə Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyeva tibb işçilərinə təzyiq göstərərək onları işdən çıxmağa vadar edib. Ən son isə xəstəxanada vaxtı keçmiş dərmanların istifadəsi və saxta əməliyyat sənədləri kimi hallar da qeyd olunub. Bu məsələlər ictimai narazılıq doğurub və Prokurorluq tərəfindən araşdırmalarla müşayiət olunub.

Bu səbəbdən 2025‑ci ilin iyulunda işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bizim.Media

Seçilən
30
2
bizim.media

3Mənbələr