AZ

"Zirə"ni Xorvatiyada azərbaycanlı azarkeşlər də dəstəkləyəcək

BAKI, 29 iyul. TELEQRAF

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk"la cavab görüşü üçün Xorvatiyaya yollanıb.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, "qartallar"ın futbolçularından Brahim Konate zədə, Anje Mutsinzi isə viza ala bilmədiyi üçün səfərə aparılmayıb.

Komanda Zadar şəhərinə çarter reysi ilə uçacaq, oradan isə avtobusla Splitə gedəcək.

İyulun 30-u saat 21:00-da klubun baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı, 21:30-da isə "Polyud" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq təşkil olunacaq.

Qeyd edək ki, iyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Görüşü izləmək üçün Azərbaycandan 2, Avropanın müxtəlif ölkələrindən isə 15 azarkeş "Zirə"yə müraciət edib.

İyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr