AZ

İstidən qorunmaq üçün bunları edin VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son günlər ölkədə müşahidə olunan isti hava şəraiti bir sıra sağlamlıq risklərini gündəmə gətirib. 

Globalinfo.az xəbər verir ki, kardioloq Üzeyir Rəhimov vətəndaşlara bununla bağlı vacib tövsiyələr verib.

Həkimin sözlərinə görə, isti havalarda xüsusilə saat 10:00-dan 17:00-dək açıq havaya çıxmaqdan mümkün qədər çəkinmək lazımdır.

O, həmçinin gündə 2,5-3 litr su içilməli olduğunu vurğulayıb:

“Pambıq parçalardan hazırlanmış geyimlərə üstünlük verin, şlyapa və gün eynəyi taxın. Evdə kondisioneri 24-25 dərəcədə saxlamaq məsləhətdir. Daha aşağı temperatur zərərli ola bilər. İdman fəaliyyətlərini axşam saatlarına, havanın sərin olduğu vaxtlara salmaq tövsiyə olunur”.

Onun sözlərinə görə, isti havalarda tünd çay və qəhvədən uzaq durmaq lazımdır:

“Çünki bu içkilər ürək döyüntüsünü artıra bilər. Soyuq duşu birbaşa qəbul etməyin, bədən tədricən alışmalıdır. Ani temperatur dəyişikliyi, xüsusilə ürək xəstələri üçün təhlükəlidir. Daha yüngül, lifli qidalara və zeytun yağı ilə bişirilmiş yeməklərə üstünlük verin. Təzyiq xəstələri üçün dərman dozasında dəyişiklik lazım ola bilər. Bu zaman həkiminizlə məsləhətləşin”.

View this post on Instagram

A post shared by Uzeyir Rahimov (@drurahimov)

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
globalinfo.az

2Mənbələr