Bakı. Trend:
Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verənyol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasındayuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölümvə xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydəalınıb.
Trend xəbərverir ki, bu məlumat Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərəçağırışında öz əksini tapıb.
Çağırışda bildirilib ki, isti hava şəraitində səhhətindəproblemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaqməsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyətçəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonrapsixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasındasükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Beləvəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır vənəticələr çox zaman ağır olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri
- yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə,
- soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün dahasərin saatlarında yola çıxmağa,
- uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısa müddətlifasilə verməyə,
- alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıqtəsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyəçağırır.