Bu gün məşhur rumıniyalı futbol məşqçisi Mirça Luçeskunun 80 yaşı tamam olur.
İdman.biz xəbər verir ki, o, futbolçu kimi karyerasının böyük hissəsini Buxarest "Dinamo"sunda keçirib və 1966-1979-cu illərdə Rumıniya millisində 70 oyunda 9 qol vurub.
1981-1986-cı illərdə Rumıniya millisini çalışdıran Luçesku 2024-cü ildən yenidən bu komandanın baş məşqçisidir.
Amma məşqçi kimi daha çox - 12 il Donetsk "Şaxtyor"unda işləyib, bu klubla dəfələrlə Ukrayna çempionu və 2009-cu ildə UEFA kubokunun qalibi olub.
Luçeskunun futbol həyatı həmçinin Türkiyə ilə bağlı olub. Həm "Qalatasaray" (2002), həm "Beşiktaş"la (2003) Super Liqa çempionu olub, 2017-2019-cu illərdə Türkiyə millisini çalışdırıb. "Sarı-qırmızılılar"la 2000-ci ildə UEFA Super kubokunu da qazanıb.
İdman.biz