AZ

NATO-dan Putinə təzyiq ARTACAQ

NATO ölkələri Rusiya prezidenti Vladimir Putinə qarşı təzyiqləri artırmaq niyyətindədir. Bloomberg yazır ki, bu prosesə ABŞ prezidenti Donald Tramp da qoşulub — o, Rusiyaya yönəlik ultimatum müddətini 50 gündən 10-12 günə endirib.

News24.az xəbər verir ki, Almaniya və digər NATO müttəfiqləri isə Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı danışıqlar aparır.

Trampın bəyanatına cavab olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, bu cür ultimatumlar birbaşa müharibə riski yaradır. O bildirib ki, Rusiya istənilən təzyiqə müqavimət göstərəcək.

Xeyrənsə Piriyeva

Seçilən
4
1
news24.az

2Mənbələr