525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
525.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev verilib.
Məlumata görə, şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 25 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib.
Həmçinin, müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 min reabilitasiya vasitəsi, o cümlədən 493 şəxs 611 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.