
Ukraynanın Xmelnitski Şəhər Məhkəməsi Rusiya Dövlət Dumasının deputatı və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Mariya Butinanı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat hökmün materiallarında öz əksini tapıb.
Məlumata görə, rusiyalı deputat Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsi ilə irəli sürülən ittiham üzrə təqsirli bilinib. O, “Ukraynanın ərazi bütövlüyünü pozmaqda” ittiham olunur.
Bundan başqa, Ukrayna məhkəməsi Butinanın bütün əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.