AZ

Ukraynada yaşı 60-dan çox olanlar da hərbi xidmətə gedə biləcək

BAKI, 29 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski 60 yaşdan yuxarı şəxslərin də müqavilə əsasında hərbi xidmətə cəlb olunmasına icazə verən qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının (parlamentin) rəsmi saytında yerləşdirilib.

Yeni qanun iyulun 16-da parlamentdə ikinci oxunuşda 306 səslə qəbul olunub.

Bildirilir ki, qanunun tam icrası üçün lazımi prosedurların əks olunduğu əlavə sənədlər hazırlanacaq və bu sənədlər qərar qüvvəyə mindikdən sonra üç ay ərzində qəbul ediləcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr